Ana Sayfa > M / Karusel / İqtisadiyyat > Nazirdən Frankfurtda mühüm çıxış

Nazirdən Frankfurtda mühüm çıxış


6-05-2016, 01:18. Yazar: Xeberaz


Nazirdən Frankfurtda mühüm çıxış
Azərbaycan Asiya İnkişaf Bankının (AİB) yeni strategiyası üzrə konsultasiyaların fəal iştirakçısı olmağa hazırdır.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Almaniyanın Frankfurt şəhərində AİB Rəhbərlər Şurasının 49-cu İllik Toplantısında çıxış edərkən deyib.

Nazir bildirib: "Əminəm ki, AİB-in hazırladığı yeni strategiya yaranan problemləri daha kompleksli həll etməyə imkan verəcək və onun reallaşdırılması bankın güclənməsinə gətirib çıxaracaq".

S.Şərifov çıxışında özəl sektora dəstək də daxil olmaqla AİB-in kredit əməliyyatlarının artırılması və genişləndirilməsinin zəruriliyini vurğulayıb.
Geri dön