Ana Sayfa > M / Karusel / Dünya / İdman > Digər iki yarımfinalçı kim olacaq?- “Real” “Atletiko”ya qarşı

Digər iki yarımfinalçı kim olacaq?- “Real” “Atletiko”ya qarşı


23-04-2015, 00:21. Yazar: Xeberaz
Digər iki yarımfinalçı kim olacaq?- “Real” “Atletiko”ya qarşı
Bu gün Çempionlar Liqasında digər 2 yarımfinalçı müəyyənləşəcək. “Qafqazinfo” xəbər verir ki, “Real” doğma meydanda “Atletiko”nu qəbul edəcək.


Bu komandalar arasında ilk oyun 0:0 hesabı ilə başa çatıb. “Kral klubu” Madrid derbisinə itkilərlə çıxacaq. Belə ki, komandanın əsas heyət oyunçuları Qaret Beyl və Kərim Benzema zədəli, Marselo isə cəzalıdır.

Digər matç isə Fransada oynanılacaq. “Monako” öz azarkeşləri önündə ilk oyunda 0:1 hesabı ilə uduzduğu “Yuventus”u qəbul edəcək.

Qeyd edək ki, hər iki qarşılaşma saat 23:45-də start götürəcək.
Geri dön