Ana Sayfa > M / Karusel / Gündəm > Ziya Məmmədov daha bir quruma nəzarəti itirdi - Rəsmi

Ziya Məmmədov daha bir quruma nəzarəti itirdi - Rəsmi


5-05-2016, 10:51. Yazar: Xeberaz
Ziya Məmmədov daha bir quruma nəzarəti itirdi - Rəsmi
Nəqliyyat naziri Ziya Məmmədov daha bir quruma nəzarəti itirib

Belə ki, Nəqliyyat Nazirliyinin tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.

Baş nazir Artur Rasizadənin bununla bağlı imzaladığı qərarla “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti bundan sonra Nəqliyyat Nazirliyinin tabeliyində olmayacaq.

A.Rasizadənin imzaladığı digər qərarla “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC “Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilib.(modern.az)

Geri dön