Ana Sayfa > M / Karusel / Hadisə > Gəncədə bomba partladı - iki ölü

Gəncədə bomba partladı - iki ölü


5-05-2016, 10:34. Yazar: Xeberaz

Gəncədə bomba partladı - iki ölü

Ötən gecə Gəncədə iki nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən insident baş verib.
"Xəbəraz.az " APA-ya istinadla xəbər verir ki, şəhərin Abbas Səhhət yaşayış massivindəki çay evində şəhər sakinləri, 1972-ci il təvəllüdlü Məhərrəm Əhmədovun əlindəki F-1 tipli qəlpəli əl qumbarasının partlaması nəticəsində özü və qardaşı oğlu, 1985-ci il təvəllüdlü Taleh Əhmədov hadisə yerində ölüblər.

M.Əhmədovun oğlu, 1998-ci il təvəllüdlü Nəriman Əhmədov, qardaşı oğlu, 1994-cü il təvəllüdlü Orxan Mirzəyev və 1975-ci il təvəllüdlü Sadiq Əhmədov müxtəlif qəlpə yaraları ilə Abbas Səhhət adına xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Geri dön