Ana Sayfa > M / Karusel / Siyasət > Elmar Məmmədyarov 7 ölkə ilə danışıqlar apardı

Elmar Məmmədyarov 7 ölkə ilə danışıqlar apardı


4-05-2016, 23:43. Yazar: Xeberaz

Elmar Məmmədyarov 7 ölkə ilə danışıqlar apardı
Mayın 4-də Praqada Vişeqrad Qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilib.

"Xəbəraz.az " Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov toplantı çərçivəsində Çexiyanın, Macarıstanın, Gürcüstanın, Moldovanın və Belarusun xarici işlər nazirləri, habelə İsveçin dövlət naziri və Niderland Krallığının xarici işlər nazirinin müavini ilə ikitərəfli görüşlər keçirib.

Bu görüşlərdə Ermənistan-Azərbaycan münaqişəsi, regional təhlükəsizlik məsələləri, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq münasibətlərinin müxtəlif aspektləri müzakirə edilib. Çexiya və Macarıstan xarici siyasət idarələrinin rəhbərləri Aİ-Azərbaycan Strateji Tərəfdaşlıq Sazişinin layihəsini və ölkəmizi Vişeqrad Qrupu və Şərq Tərəfdaşlığı platforması çərçivəsində dəstəkləməyə hazır olduqlarını qeyd ediblər.
Geri dön