Ana Sayfa > M / Karusel / İqtisadiyyat > İlham Əliyev “Azəravtoyol”a 5,2 milyon ayırdı

İlham Əliyev “Azəravtoyol”a 5,2 milyon ayırdı


4-05-2016, 19:27. Yazar: Xeberaz
İlham Əliyev “Azəravtoyol”a 5,2 milyon ayırdı
Azərbaycan Prezidenti İlham Əliyev Xaçmaz rayonunun Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Xəbəraz.az "xəbər verir ki, sərəncamda deyilir:

“1. İyirmi səkkiz min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 5,2 milyon (beş milyon iki yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.


Geri dön