Ana Sayfa > M / Karusel / Siyasət > Ermənistan “DQR”lə bağlı fikrini dəyişir

Ermənistan “DQR”lə bağlı fikrini dəyişir


4-05-2016, 01:54. Yazar: Xeberaz
Ermənistan “DQR”lə bağlı fikrini dəyişir
Cəbhə xəttində təxribatlara əl atan işğalçı Ermənistanın Xarici İşlər Nazirliyi Qondarma Dağlıq Qarabağın həmin ölkə tərəfindən tanınması ilə bağlı xəbərə münasibət bildirib.

Xarici işlər naziri Şavarş Köçəryan erməni hökumətinin yaxın günlərdə keçiriləcək iclasda Qondarma Dağlıq Qarabağın tanınması ilə bağlı qanun layihəsinin sadəcə müzakirəyə çıxarılacağını bildirib.

“Hökumətin gündəliyinə daxil edilən məsələ layihənin qəbul edilməsi deyil, buna hökumətin verəcəyi reaksiyadır. Qarabağın tanınması vəziyyətin inkişafına görə olacaq. Əgər Azərbaycan yenidən hərbi əməliyyata başlasa, Dağlıq Qarabağın tanınması məsələsi gündəmə gələcək”, - deyə erməni nazir vurğulayıb.

Qeyd edək ki, Azərbaycan XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın Dağlıq Qarabağı tanıyacağı barədə açıqlamalarına münasibət bildirib:

“Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması rəsmi Yerevanın Minsk Qrupu prosesinə son qoyması mənası daşıyır ki, bu halda Minsk Qrupunun danışıqlar aparmaq üçün artıq heç bir mandatı olmayacaq. Bu Minsk qrupu prosesi, onun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətə qarşı təhqir və özbaşınalığın ifrat nümunəsidir. Ermənistanın bu kimi təxribatçı əməllərinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibət bildirilməlidir”.“Qafqazinfo”
Geri dön