Ana Sayfa > M / Karusel / Siyasət > Bakıda hərbi mühazirələr başladı - Foto

Bakıda hərbi mühazirələr başladı - Foto


3-05-2016, 22:48. Yazar: Xeberaz

Bakıda hərbi mühazirələr başladı - Foto
Silahlı Qüvvələrin Hərbi Akademiyasında Milli Məclisin komitə sədrləri tərəfindən silsilə mühazirələrin keçirilməsinə başlanılıb.
"Xəbəraz.az "Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2016-cı ilin tədris planına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunda Azərbaycan Respublikasının Milli Məclisinin komitə sədrləri tərəfindən silsilə mühazirələrin keçirilməsinə başlanılıb.

Plan uyğun olaraq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, millət vəkili Əli Hüseynli "Azərbaycan Respublikasının Konstitusiyası" və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili, akademik Ziyad Səmədzadə "İqtisadi təhlükəsizlik və onun milli gücə təsiri" mövzularında çıxışlar edib və dinləyiciləri maraqlandıran suallara cavab veriblər.


Bakıda hərbi mühazirələr başladı - Foto
Bakıda hərbi mühazirələr başladı - Foto
Bakıda hərbi mühazirələr başladı - Foto
Geri dön