Ana Sayfa > M / Karusel / İdman / M2 > “Neftçi”nin futbolçusu “Qəbələ”nin oyunçusunu belə vurdu – VİDEO

“Neftçi”nin futbolçusu “Qəbələ”nin oyunçusunu belə vurdu – VİDEO


22-04-2015, 13:03. Yazar: Xeberaz
“Neftçi”nin futbolçusu “Qəbələ”nin oyunçusunu belə vurdu – VİDEO
“Qəbələ” FK bəyanatla çıxış etdi.

“Qəbələ” futbol klubu Topaz Premyer-liqasının 30-cu turunda “Neftçi” ilə oyunda (3:1) baş vermiş hadisə ilə bağlı bəyanat verib.

Xeberaz.az xəbər verir ki, həmin görüşün 61-ci dəqiqəsində “Neftçi”nin oyunçusu Denis Silva Kruz bilərəkdən “Qəbələ”li Urfan Abbasovu vurub.

Hər şey hakim Vaqif Musayevin gözü önündə baş versə də, o, bu epizod barədə baş hakimi məlumatlandırmayıb.

Bundan başqa, həmin epizod AFFA-nın İntizam komitəsinin iclasında da nəzərdən keçirilməyib ki, bu da “Qəbələ” futbol klubunu əsəbiləşdirib və komanda AFFA-nı ikili standartlardan istifadə etməkdə günahlandırıb.

Həmin epizodun videogörüntülərini təqdim edirik.

Geri dön