Ana Sayfa > M / Karusel / Gündəm / Texnologiya > Azərbaycanın bütün dövlət orqanlarının sosial şəbəkələrdə səhifələri olacaq

Azərbaycanın bütün dövlət orqanlarının sosial şəbəkələrdə səhifələri olacaq


30-04-2016, 12:31. Yazar: Xeberaz

 Azərbaycanın bütün dövlət orqanlarının sosial şəbəkələrdə səhifələri olacaq
Azərbaycanda 2018-ci ildə bütün dövlət orqanlarının sosial şəbəkələrdə səhifələri olacaq.

İKT.lent.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.

Milli Fəaliyyət Planına əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanları 2016-2018-ci illərdə dövlət orqanlarının internet səhifələrinin mobil versiyalarının hazırlanması, sosial şəbəkələrdə səhifələrinin açılması və onların aktiv fəaliyyətinin təmin edilməsini həyata keçirməlidirlər.
Geri dön