Ana Sayfa > M / Karusel / Hadisə / Foto-fakt > Həbsxanadan yeni çıxan kişinin meyiti tapıldı - FOTOLAR

Həbsxanadan yeni çıxan kişinin meyiti tapıldı - FOTOLAR


21-04-2015, 22:28. Yazar: Xeberaz
Həbsxanadan yeni çıxan kişinin meyiti tapıldı - FOTOLAR
Hadisə yerinə polis və prokurorluğun əməkdaşları cəlb edilib.

Sumqayıtda kişi meyiti tapılıb.

Xeberaz.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində 47 yaşlı Həsən Şükürovun cansız bədəni tapılıb. Meyiti yaxınlıqdan keçən sakinlər görüb və dərhal hüquq mühafizə orqanlarına məlumat veriblər

Hadisə yerinə Sumqayıt şəhər polis idarəsinin və prokurorluğun əməkdaşları cəlb olunaraq yoxlamalar aparılıb.

Müəyyən edilib ki, dünyasını dəyişən Sumqayıt şəhər sakini 47 yaşlı Həsən Şükürovdur. Araşdırma zamanı o da məlum olub ki, mərhum bu yaxınlarda həbsxanadan azadlığa çıxıbmış. Onun narkotik maddə aludəçisi olduğu deyilir. Elə onun dünyasını dəyişməsinə əsas səbəblərdən biri də bu olduğu ehtimal edilir.

Faktla bağlı araşdırmalar aparılır.
Geri dön