Ana Sayfa > M / Karusel / Siyasət / Xəbəraz-ın debatı > Cinayət Məcəlləsində vəzifəli şəxslərlə bağlı YENİ MADDƏ

Cinayət Məcəlləsində vəzifəli şəxslərlə bağlı YENİ MADDƏ


29-04-2016, 12:25. Yazar: Xeberaz
Cinayət Məcəlləsində vəzifəli şəxslərlə bağlı YENİ MADDƏ
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində edilmiş dəyişikliyi təsdiq edib. Məcəlləyə aşağıdakı məzmunda 308-1-ci maddə əlavə edilib:

“Maddə 308-1. Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə

308-1.1. Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə, bu əməllər xeyli miqdarda törədildikdə -

səkkiz min manatdan on min manatadək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

308-1.2. Eyni əməllər külli miqdarda törədildikdə -

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu Məcəllənin 308-1.1-ci maddəsində “xeyli miqdar” dedikdə əlli min manatdan iki yüz əlli min manatadək olan məbləğ, 308-1.2-ci maddəsində “külli miqdar” dedikdə isə iki yüz əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.”.
Geri dön