Ana Sayfa > M / Karusel / Siyasət > ABŞ-dan Qarabağdakı döyüşlərə sərt reaksiya

ABŞ-dan Qarabağdakı döyüşlərə sərt reaksiya


28-04-2016, 12:05. Yazar: Xeberaz
ABŞ-dan Qarabağdakı döyüşlərə sərt reaksiya
Biz atəşkəsin nə qədər kövrək olduğunu görürük

Biz atəşkəs rejiminə əməl olunduğuna görə sevinirik, lakin gərginlik hələ də qalmaqdadır.

Bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner deyib.

Onun sözlərinə görə, dövlət katibi Con Kerri Azərbaycan və Ermənistanın liderləri ilə danışıb.

"Minsk qrupundakı həmsədrimiz regiona səfər edib. Biz hər iki hökumətlə, münaqişənin bütün tərəfləri ilə əlaqə saxlamışıq və bizim bu məsələ ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır: "Biz, Dağlıq Qarabağ təmas xəttində istənilən formada güc tətbiqini qəti şəkildə pisləyir və tez bir zamanda sülh prosesinin bərpasının zəruri olduğunu bəyan edirik. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur", - deyə Toner vurğulayıb.(azvision.az)
Geri dön