Ana Sayfa > M / Karusel / Siyasət > MN-dən ermənilərin yaydığı səs yazısına - Cavab

MN-dən ermənilərin yaydığı səs yazısına - Cavab


27-04-2016, 13:02. Yazar: Xeberaz

MN-dən ermənilərin yaydığı səs yazısına - Cavab

Azərbaycan Müdafiə Nazirliyi ermənilərin yaydığı telefon danışıqlarını özündə əks etdirən audio yazıya münasibət bildirib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, nazirliyin açıqlamasında bildirilib ki, ermənilərin yaydığı guya bizim itki verməyimizlə bağlı telefon danışıqlarından ibarət səs yazısı saxtadır:

“Onlar həmin saxta səs yazılarını artıq neçənci dəfədir dövriyyəyə buraxırlar. Bu səs yazıları Ermənistanın hərbi kriminal rəhbərliyinin xəstə təxəyyülünün məhsuludur. Azərbaycan tərəfi heç bir itki verməyib və bu barədə düşmən tərəfinin yaydığı məlumatlar kökündən yalandır.

Hazırda təmas xəttində vəziyyət stabildir və Azərbaycan Ordusu əməliyyat şəraitinə tam nəzarət edir”.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi bu gün guya azərbaycanlılar arasında danışıldığı bildirilən səs yazısını yayıblar. Səs yazısına azacıq diqqət etmək kifayətdir ki, danışanların Azərbaycan dilində normal bilmədiyi təsbit edilsin.
Geri dön