Ana Sayfa > M / Karusel / Siyasət > Zakir Həsənov hədələdi: “Onların dərsini verəcəyik” – Video

Zakir Həsənov hədələdi: “Onların dərsini verəcəyik” – Video


27-04-2016, 12:06. Yazar: Xeberaz
Zakir Həsənov hədələdi: “Onların dərsini verəcəyik” – Video
Düşmən cəbhəboyu əraziləri minaatanlardan və iri çaplı silahlardan atəşə tutub.

"Xəbəraz.az " xəbər verir ki, nəticədə 7 yaşayış məntəqəsində 21 fərdi evə ciddi ziyan dəyib, ölən və yaralananlar yoxdur.

Bölgədə elektrik, rabitə və su xəttləri də ciddi zərər görüb.

Baş verənlərlə əlaqədar Müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində olub. Sakinlərlə görüşən nazir düşmən hərbi birləşmələrinin növbəti təxribatına layiqli cavab verildiyini deyib:

“Cənab prezident məni bura göndərib, hər şey nəzarət altındadır. Onların dərsini verəcəyik”.

Daha sonra general Zakir Həsənov birbaşa cəbhəyə yollanıb və vəziyyəti səngərlərdən izləyib.

Geri dön