Ana Sayfa > M / Karusel / Gündəm > Cəbhədə döyüşlər gedir - RƏSMİ

Cəbhədə döyüşlər gedir - RƏSMİ


27-04-2016, 02:26. Yazar: Xeberaz
Cəbhədə döyüşlər gedir - RƏSMİ
Düşmən D-30 tipli haubitsaları işə salıb
Ermənistan Silahlı Qüvvələri bu gün axşam saatlarından başlayaraq cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutub.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən düşmənin susdurulması üçün atəş nöqtələrinə qarşı cavab tədbirləri həyata keçirilir .

Müdafiə Nazirliyi bildirir ki Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozub:

“Cəbhədə baş verən hadisələrə görə erməni tərəfi birbaşa məsuliyyət daşıyır”.
Geri dön