Ana Sayfa > M / Karusel / Dünya > Saakaşvili prezidentdən kömək istədi

Saakaşvili prezidentdən kömək istədi


27-04-2016, 01:35. Yazar: Xeberaz
Saakaşvili  prezidentdən kömək istədi

Odessa qubernatoru Mixail Saakaşvili Ukrayna Prezidenti Pyotr Poroşenkonu quberniya ərazisinə Milli Qvardiyanı və əlavə polis qüvvələrini yeritməyə çağırıb.

"Xəbəraz.az " xəbər verir ki, Saakaşvili ölkənin dağılma təhlükəsi ilə üz-üzə qaldığını və prezidentdən kömək istəmək məcburiyyətində olduğunu bildirib.

Saakaşvili Poroşenkodan həmçinin Odessaya David Sakvarelidzeni təkrar Baş prokuror təyin etməsini istəyib.

Gürcüstanın eks-prezidenti Saakaşvili hərbi kəşfiyyatın Odessada separatçıların axtarışı ilə məşğul olmadığını və bu səbəbdən təhlükə ilə üz-üzə qaldıqlarını qeyd edib.
Geri dön