Ana Sayfa > M / Karusel / Siyasət / Reportaj > “Ermənilərin qarşısını almağın bir yolu var”

“Ermənilərin qarşısını almağın bir yolu var”


26-04-2016, 12:38. Yazar: Xeberaz
“Ermənilərin qarşısını almağın bir yolu var”
Türkiyədə qondarma erməni soyqırımı yalanları ilə mübarizə adlı konfrans keçirilib və türk dünyasına Qarabağ çağırışı edilib.

"Xəbəraz.az " xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Hatayda keçirilən konfransda geniş məruzə ilə çıxış edib.

Deputat XX əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, əsrin sonunda isə müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri bu gerçəklikləri görmək istəmir, qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər.

Millət vəkili hesab edir ki, bu yalanların qarşısının alınmasının tək yolu var:

“Birlikdə mübarizəmizi daha da gücləndirməli və həqiqətləri dünyaya geniş yaymalıyıq. Bütün türk gəncliyi tariximizə sahib çıxmalı, sosial mediada, virtual aləmdə fəal olmalı, qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin yayılmasında səylərini artırmalıdır. Dünyanın insan haqları deyə bağıran təşkilatları, dövlətləri 1 milyon insanın öz evində yaşama hüququnun Ermənistan tərəfindən pozulmasına səs çıxarmırlar! ABŞ, Fransa və Rusiya da bu istiqamətdə Ermənistana heç bir təzyiq göstərmir. Xocalı Soyqırımından danışmayanlar türk millətinə tarixdə olmayan bir qondarma erməni soyqırımını zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər”.
“Ermənilərin qarşısını almağın bir yolu var”
Geri dön