Ana Sayfa > M / Karusel / Siyasət > ABŞ Rusiyaya qarşı sanksiyalardan danışdı

ABŞ Rusiyaya qarşı sanksiyalardan danışdı


24-04-2016, 22:43. Yazar: Xeberaz

ABŞ Rusiyaya qarşı sanksiyalardan danışdı
ABŞ prezidenti Barak Obama bəyan edib ki, Minsk razılaşmaları yerinə yetirildiyi təqdirdə (Ukraynadakı münaqişənin həlli üzrə - red.) Rusiyaya qarşı sanksiyalar “götürülə bilər və götürülməlidir”.

Bu barədə o, Hannover şəhərində Almaniya kansleri Angela Merkellə birgə mətbuat konfransında bildirib.

“Rusiya öhdəliklərini yerinə yetirdiyi təqdirdə sanksiyalar götürülə bilər və götürülməlidir”, - deyə, Obama bəyan edib.

Bir qədər əvvəl isə bəyanatla çıxış edən Rusiya XİN rəsmisi Mariya Zaxarova bildirmişdi ki, Rusiya Minsk razılaşmalarını pozmur, çünki onların subyekti deyil.


Geri dön