Ana Sayfa > M / Karusel / Dünya > İrana qarşı sanksiyalar qüvvəsini itirə bilər

İrana qarşı sanksiyalar qüvvəsini itirə bilər


19-04-2015, 15:00. Yazar: Xeberaz
İrana qarşı sanksiyalar qüvvəsini itirə bilər
Xeberaz.az İrana qarşı sanksiyalar beynəlxalq qüvvələr tərəfindən birgə tətbiq olunub və əldə olunacaq razılaşmadan boyun qaçırılarsa, sanksiyalar özü-özlüyündə qüvvəsini itirə bilər.

Bunu ABŞ prezidenti Barak Obama İranla aparılan danışıqlar və bu ölkəyə tətbiq olunan sanksiyaların aradan qaldırılması məsələsinə münasibət bildirərkən deyib.

"Sanksiyalar rejiminin səmərəli olmasının səbəbi odur ki, biz çox ağır davam edən proseslər nəticəsində etibarlı beynəlxalq koalisiya yarada bilmişik. Və əgər bizim İranın nüvə silahı əldə etməmək təminatına dair razılaşmadan boyun qaçırdığımız hiss olunarsa, bu sanksiyalar qüvvəsini itirəcək. Çünki, təkcə Rusiya və Çin yox, bizim yaxın müttəfiqlərimiz də bizim seçimimizi sorğu-sual edəcək", - deyə Barak Obama bildirib./anspress/
Geri dön