Ana Sayfa > M / Karusel / Dünya > Türkiyə bombalandı: 6 yaralı

Türkiyə bombalandı: 6 yaralı


24-04-2016, 15:52. Yazar: Xeberaz

Türkiyə bombalandı: 6 yaralı
Bu gün səhər saatlarında Suriyadan Türkiyənin Kilis şəhəri atəşə tutulub.

"Xəbəraz.az " -ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün saat 10:40 radələrində Kilis şəhərinin Dəmirçilər məhəlləsinə 2 qumbaraatan mərmisi düşüb, nəticədə 6 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, həyatları üçün ciddi təhlükə yoxdur. Türkiyə ordusu Qumbaraatan mərmisinin atıldığı Suriyanın Bab bölgəsinə artilleriya zərbəsi endirib.

Qeyd edək ki, yanvar ayından indiyə qədər Suriyada İŞİD-in nəzarətində olan Bab bölgəsindən Türkiyəyə atılan raketlər və artilleriya mərmiləri nəticəsində 5-i suriyalı olmaqla, 15 nəfər həyatını itirib.
Geri dön