Ana Sayfa > M / Karusel / Dünya > Davudoğluna sui-qəsd hazırlayan İŞİD üzvləri həbs olundu

Davudoğluna sui-qəsd hazırlayan İŞİD üzvləri həbs olundu


23-04-2016, 13:17. Yazar: Xeberaz
Davudoğluna sui-qəsd hazırlayan İŞİD üzvləri həbs olundu
Türkiyənin Konya vilayətində İŞİD terror təşkilatının üzvü olan altı şəxs tutulub. Terrorçuların baş nazir Əhməd Davudoğluna sui-qəsd hazırladığı məlum olub.
Baş nazirin Konyada qatıldığı proqram zamanı terror aktı törətmək üçün hazırlıq görərkən yaxalanan terrorçular Suriya vətəndaşlarıdır.

Konya Polis İdarəsinin Terrorla Mücadilə Şöbəsi terrorçuları iki ay təqib edib. Polis İsa Almseytef adlı terrorçunu ötən gün gecə saatlarında kirayə qaldığı evdə yaxalayıb. Onun təşkilatçı olduğu və tədbir davam edən zaman ərazidə kəşfiyyat apardığı qeyd olunur. O, Türkiyə-Suriya sərhədində gözləyən kamikadzeyə təhlükəsizliyin yüksək səviyyədə olduğunu, hücumun baş tutmayacağı barədə informasiya verib. Bundan sonra kamikadze sərhədi keçməyib.
Geri dön