Ana Sayfa > M / Karusel / Gündəm > Nardaran sakinləri silahlarını təhvil verir

Nardaran sakinləri silahlarını təhvil verir


23-04-2016, 13:00. Yazar: Xeberaz
Nardaran sakinləri silahlarını təhvil verir
Sabunçu rayonu Nardaran qəsəbəsinin iki sakini saxladıqları silah-sursatı könüllü olaraq polisə təhvil veriblər.Qəsəbə sakinləri Nəsimi Aslanov “AKM” markalı silahı, patron darağını və 10 ədəd patronu, əvvəllər məhkum olunmuş Zakir Qasımov isə müvafiq sənədləri olmayan nömrəsi silinmiş ov tüfəngini könüllü olaraq 42-ci PB-yə təhvil verib.

Araşdırma aparılır.
Geri dön