Ana Sayfa > M / Karusel / Gündəm > Əkrəm Əylislini 3 ilə qədər həbs gözləyir - Maddəsi dəyişdirildi

Əkrəm Əylislini 3 ilə qədər həbs gözləyir - Maddəsi dəyişdirildi


21-04-2016, 15:22. Yazar: nishat
Əkrəm Əylislini 3 ilə qədər həbs gözləyir - Maddəsi dəyişdirildi
Əkrəm Əylisliyə qarşı başladılan cinayət işi başqa maddəyə tövsif edilib.

Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. O bildirib ki, bu gün Əkrəm Əylisli ilə birlikdə Hava Nəqliyyatında Polis İdarəsinin istintaq şöbəsində olublar:

“Əkrəm Əylisliyə qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə qaldırılmış cinayət işi CM-nin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edildi. Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

CM-nin 315.1-ci maddəsilə istintaq aidiyyəti prokurorluq olduğundan cinayət işi istintaq davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna göndərildi”.
Geri dön