Ana Sayfa > M / Karusel / Siyasət > Elmar Məmmədyarov “Azadlıq Radiosu”nun rəsmisi ilə görüşdü

Elmar Məmmədyarov “Azadlıq Radiosu”nun rəsmisi ilə görüşdü


14-03-2015, 12:27. Yazar: Xeberaz
Elmar Məmmədyarov “Azadlıq Radiosu”nun rəsmisi ilə görüşdü
Fikir mübadiləsi aparılıb.

Xəbəraz.az xəbər verir ki,Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ səfiri Robert Sekutanın rəhbərlik etdiyi və ABŞ-ın Yayım Şurası idarə heyətinin beynəlxalq yayımlar üzrə bürosunun direktor müavini Cefri Trimbli və “Azadlıq Radiosu”nun maliyyə məsələləri üzrə vitse-prezidenti Con Giambalvonun qatıldığı nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb və “Azadlıq Radiosu”nun fəaliyyətinə aid məsələlər müzakirə olunub.

ABŞ nümayəndə heyətinin digər dövlət qurumlarında da görüşləri nəzərdə tutulub.
Geri dön