Ana Sayfa > M / Karusel / İqtisadiyyat > Mülki Məcəlləyə banklarla bağlı dəyişiklik edildi

Mülki Məcəlləyə banklarla bağlı dəyişiklik edildi


21-04-2016, 13:51. Yazar: nishat
Mülki Məcəlləyə banklarla bağlı dəyişiklik edildi
Prezident İlham Əliyev Mülki Məcəlləyə edilmiş dəyişiklikləri təsdiqləyib.

"Xəbəraz.az " AzərTAc-a istinadən xəbər verir ki, məcəlləyə aşağıdakı dəyişikliklər edilib:


1
1. 107-5.1-ci maddənin ikinci cümləsində “qərarlar” sözündən sonra “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda istisna olmaqla,” sözləri əlavə edilsin.

2. 938-1.0.3-cü maddədə “əlaqəli” sözü “aidiyyəti” sözü ilə əvəz edilsin.


Qeyd edək ki, Mülki Məcəllənin 107.5-ci maddəsi səhmdar cəmiyyətinin idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydasının bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilməsini əks etdirir.
Geri dön