Ana Sayfa > M / Karusel / Gündəm > Bir neçə məmur işdən çıxarıldı

Bir neçə məmur işdən çıxarıldı


20-04-2016, 16:34. Yazar: Xeberaz
Bir neçə məmur işdən çıxarıldı
Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) ciddi kadr dəyişikliyi olub.

APA xəbər verir ki, birliyin Stansiya qurğularının istismarı şöbəsinin rəisi Qaryağdı Nağıyev, Xətt Qurğularının İstismarı şöbəsinin rəisi Kərəm Məmmədov işdən çıxarılıb.

Bundan başqa, birliyin Sorğu-məlumat sexinin rəisi Əhliman İsmayılov da tutduğu vəzifədən uzaqlaşdırılıb.

BTRİB-dən məsələ ilə şərh verilməyib.

Qeyd edək ki, BTRİB Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Geri dön