Ana Sayfa > M / Karusel / Siyasət > “Yerevanın gözəllik salonlarından yığılmış erməni qızları...”

“Yerevanın gözəllik salonlarından yığılmış erməni qızları...”


19-04-2016, 12:36. Yazar: Xeberaz
“Yerevanın gözəllik salonlarından yığılmış erməni qızları...”

“Ermənistan-Azərbaycan cəbhə xəttində 2-5 aprel 2016-cı il tarixində Azərbaycan Silahlı Qüvvələrinin zəfərlərindən sonra Ermənistan öz ordusunda olan böyük çatışmamazlıqları istənilən yolla yamamağa cəhd göstərir. Bunlardan biri də guya cavan qızlardan olan könüllülərin hərbi hazırlıq keçərək cəbhə xəttinə göndərilməsi xəbəridir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan millət vəkili Aydın Mirzəzadə bildirib ki, Ermənistan ordusunda əsgər çatışmamazlığı əvvəldən də məlum idi: “9,7 milyon nəfərlik Azərbaycana qarşı 3 milyon nəfərlik Ermənistanın zəif canlı qüvvəsi açıq-aydın görünürdü. Son hadisələrdə isə erməni əsgərinin Sarkisyanın hakimiyyətini müdafiə etmək üçün öz canından keçəmk istəmədiyi məlum oldu. Artıq açıq şəkildə Ermənisan vətəndaşları öz övladlarını işğal edilmiş ərazilərə hərbi xidmət çəkməyə göndərməkdən imtina edirlər.

Bu situasiyada isə erməni təbliğat maşını guya erməni qızlarının cəbhəyə getmək istəməsi barədə kampaniyasına başlayıb. Yerevanın gözəllik salonlarından və teatr səhnələrindən yığılmış erməni qızları videokameralar qarşısında Sarkisyana lazım olan bəzəkli patriotik sözlər deyirlər. Bununla Ermənistanda əsgərlikdən boyun qaçıran gənclərinə təsir etmək və Azərbaycana yönəlik bir siyasət işlətmək istəyirlər”.

A. Mirzəzadə qeyd edib ki, Azərbaycanda bəzi insanlar tələsik "cəbhədə azərbaycanlı oğlanların o qızları gözlədikləri", "azərbaycanlı oğlanların erməni qızlarına xüsusi marağı var" kimi yarızarafat-yarıciddi cəfəng və təhlükəli fikilər yaymağa başladılar. Bununla da "erməni təbliğat virusunu" cəmiyyətimizə yaymağa başalyırlar: “Bu fikri səsləndirənlər ilk növbədə Azərbaycan qadınına öz hörmətsizliyini göstərmiş və azərbaycanlı kişisinin adını ləkələmiş olurlar. Yerində olmayan zarafatlar erməni xisləti ilə tanış olmayan cavan oğlanlarda zərərli bir maraq yaratmış olur. Qarşı tərəfimizdə kimin durmasında asılı olmayaraq o düşmənimizdir və Xocalının məsuliyyəti silahını Azərbaycana tərəf tuşlayan istənilən şəxsin də üzərinə düşür”.
Geri dön