Ana Sayfa > M / Karusel / İqtisadiyyat > 18 ölkə neft hasilatını dondurur

18 ölkə neft hasilatını dondurur


17-04-2016, 14:23. Yazar: Xeberaz
18 ölkə neft hasilatını dondurur
Azərbaycan da daxil olmaqla, neft hasilatının dondurulmasının müzakirə ediləcəyi Dohadakı görüşdə iştirak etmək üçün 18 neft hasil edən ölkənin nümayəndəsi Qətər paytaxtına gəlib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ekvadorun Qətərdəki səfiri Abisaab Neme açıqlayıb.

A. Nemee görüşdə neft hasilatının dondurulması barədə razılaşmanın imzalanacağını təsdiqləyib.

Qeyd edək ki, proqrama əsasən Dohada görüşün saat 8:45-də başlaması nəzərdə tutulsa da, son anda Səudiyyə Ərəbistanının xahişi ilə görüş günün ikinci yarısına təxirə salınıb.
Geri dön