Ana Sayfa > M / Karusel / İdman > Azərbaycanlı güləşçidən möhtəşəm qələbə: ermənini uddu

Azərbaycanlı güləşçidən möhtəşəm qələbə: ermənini uddu


16-04-2016, 19:52. Yazar: Xeberaz
Azərbaycanlı güləşçidən möhtəşəm qələbə: ermənini uddu
Serbiyanın Zrenyanin şəhərində Rio Olimpiadasına lisenziya xarakterli Avropa təsnifat turniri davam edir. Bu gün Azərbaycan yığmasının üzvü, sərbəst güləşçi Cəbrayıl Həsənov (74 kq) döşək üzərinə çıxıb.

İkiqat Avropa çempionu ilk görüşdə Moldova təmsilçisi Aleksandru Burkanı, daha sonra isə Polşa idmançısı Kristian Brzozovskini məğlubiyyətə uğradıb. Yarımfinalda Ermənistan güləşçisi Suren Xaçatryanla qarşılaşan Həsənova qələbə üçün 51 saniyə bəs edib. Rəqibi üzərində təmiz qələbə qazanan Cəbrayıl finala adlayıb.

İdmançımız bununla Rio Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib.
Geri dön