Ana Sayfa > M / Karusel / Təhsil > Milli Məclis 7 gündən çox dərs buraxılmasına görə cəriməni ləğv etdi

Milli Məclis 7 gündən çox dərs buraxılmasına görə cəriməni ləğv etdi


15-04-2016, 14:39. Yazar: Xeberaz
Milli Məclis 7 gündən çox dərs buraxılmasına görə cəriməni ləğv etdi

Orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlər və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilməyəcək.
Musavat.com xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında İnzibati Xətalar Məcəlləsinin 189.2-ci maddəsinin ləğv edilməsi müzakirəyə çıxarılıb.
Həmin maddə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi оrta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlərin və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilməsini nəzərdə tutur.
Dəyişiklik layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Geri dön