Ana Sayfa > M / Karusel / Siyasət > Türkiyə İlham Əliyevi qarşılamağa belə hazırlaşır - FOTO

Türkiyə İlham Əliyevi qarşılamağa belə hazırlaşır - FOTO


14-03-2015, 12:18. Yazar: Xeberaz
Türkiyə İlham Əliyevi qarşılamağa belə hazırlaşır - FOTO
Prezidentlər TANAP layihəsinin təməlqoyma mərasimlərində iştirak edəcək.

Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qars səfəri öncəsi şəhərin küçələri iki ölkənin bayraqları ilə bəzədilib.

Xeberaz.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, prezidentlər Qarsda Azərbaycan tərəfindən həyata keçirilən Heydər Əliyev adına Anadolu Liseyi ilə TANAP layihəsinin təməlqoyma mərasimlərində iştirak edəcək. Mərasimlərdə dövlət başçıları ilə yanaşı hər iki ölkədən çox saylı dövlət və hökümət nümayəndələrin də iştirak edəcəyi gözlənilir.

Prezidentlərin səfəri ilə bağlı açıqlama verən Qars valisi Günay Özdemir TANAP lahiyəsinin təməlqoyma mərasiminin bölgə üçün əhəmiyyətli olacağını deyib.

Qeyd edək ki, Qarsda TANAP-ın təməlqoyma mərasiminin martın 17-də keçiriləcəyi bildirilir.





Geri dön