Ana Sayfa > M / Karusel / Siyasət > Con Kerri Azərbaycanı nümunə göstərdi

Con Kerri Azərbaycanı nümunə göstərdi


14-04-2016, 13:57. Yazar: Xeberaz
Con Kerri Azərbaycanı nümunə göstərdi

ABŞ Dövlət Departamentinin insan hüquqları üzrə illik hesabatının ictimaiyyətə açıqlanması çərçivəsində dövlət katibi Con Kerri jurnalistlərə məlumat verib

AzərTAc xəbər verir ki, çıxışı əsnasında dövlət katibi ABŞ tərəfindən insan hüquqları sahəsində nail olduğu müsbət əməkdaşlıqdan danışarkən Azərbaycana istinad edib.

O, bu mənada ötən ay Azərbaycan Respublikası prezidentinin müvafiq Əfv Sərəncamı ilə bir qrup məhbusun azadlığa buraxılmasının Dövlət Departamenti tərəfindən alqışlandığını xatırladıb və bu istiqamətdə işin davam etdiriləcəyinə əminliyini bildirib.
Geri dön