Ana Sayfa > M / Karusel / Dünya > 12 yaşlı məktəblidən çətin sual - Putin canlı yayımda

12 yaşlı məktəblidən çətin sual - Putin canlı yayımda


14-04-2016, 13:54. Yazar: Xeberaz
12 yaşlı məktəblidən çətin sual - Putin canlı yayımda
Rusiya prezidenti Vladimir Putin canlı yayımda ona ünvanlanan sualları cavablandırır.

Bu, sayca 14-cü illik “Vladimir Putinlə canlı yayım”dır. Dövlət başçısına ümumilikdə 2 milyona yaxın sual göndərilib.

Dövlət başçısına ünvanlanan maraqlı suallardan biri də 12 yaşlı məktəblinin sualı olub. “Ərdoğan və Poroşenko suda boğulsaydı hansını qurtarardınız” sualına Putin cavab verməkdə çətinlik çəkib:

“Bilmirəm necə deyim. Çətin durumda qaldım. Əgər kimsə boğulmağa qərar veribsə, onu xilas etmək artıq mümkün deyil. Lakin biz kömək əlimizi istənilən həmkarımıza uzatmağa hazırıq, əgər o özü bunu istəyirsə.

Rusiya düşmənlik həlqəsində olmayacaq, bu istisnadır.

Bizim dünyanın əksər ölkələri ilə mühriban əlaqələrimiz var.

Moskva Ankaranın dostu olaraq qalır. Lakin ayrı-ayrı siyasilərlə problemlərimiz var”.
Geri dön