Ana Sayfa > M / Karusel / Siyasət / Aktual > Nalbandyan-“Bu, Azərbaycana da sirr deyil”

Nalbandyan-“Bu, Azərbaycana da sirr deyil”


14-04-2016, 13:35. Yazar: Xeberaz
Nalbandyan-“Bu, Azərbaycana da sirr deyil”
“Ermənistan və Rusiya təkcə sözdə müttəfiq deyil, müqavilə - hüquqi əsasları var”.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər naziri Edvard Nalbandyan İctimai Televiziyaya müsahibəsində deyib:

“Silah satışı məsələsi cəmiyyətdə kəskin müzakirə predmeti oldu. Belə bir fikir var ki, bu, biznesdir... Həqiqətdə isə erməni-rus əlaqələri biznesə söykənmir. Ermənistan və Rusiya təkcə sözdə müttəfiq deyillər, bunun üçün saziş və hüquqi əsaslar mövcuddur. Bu, Azərbaycana da sirr deyil”.

Moskvanın son vaxtlar Rusiya ilə Ermənistan və Azərbaycan arasındakı əlaqələri müqayisə etməsi ilə bağlı suala cavab olaraq nazir bildirib:

“Rusiya bazası Azərbaycanda mövcud deyil, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvü deyil, Azərbaycanın deyil, məhz Ermənistanın Rusiya ilə müdafiə və hərbi sənaye sahəsində onlarla sazişi var”.
Geri dön