Ana Sayfa > M / Karusel / Hadisə / Araşdırma > Telefon söhbəti… Başçı müavinini iclasdan kənarlaşdırıb

Telefon söhbəti… Başçı müavinini iclasdan kənarlaşdırıb


14-04-2016, 12:16. Yazar: nishat
Telefon söhbəti… Başçı müavinini iclasdan kənarlaşdırıb



"Xəbəraz.az " xəbər verir ki, Faktinfo.az saytının əldə etdiyi müfəssəl məlumata görə, Salyan Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Etibar Hüseynovun iclas zamanı mobil telefonuna gələn zəngi qəbul etməsi Rayon İcra Hakimiyyəti başçısı Sevindik Hətəmovun qəzəbinə səbəb olub. Rayonun yeni rəhbəri müavininin dərhal iclası tərk etməsini tələb edib. Etibar Hüseynov ilk əvvəl tələbi yerinə yetirmək istəməsə də, bir neçə dəqiqə sonra pərt halda iclası tərk etməli olub.

Daxil olan məlumatda o da bildirilir ki, rayonun yeni rəhbərinin birinci müavinini iclasdan çıxarması işıq sürəti ilə bütün rayona yayılıb. Hazırda Sevindik Hətəmov Etibar Hüseynovu özündən” foks” məsafədə saxlayır, bu da başçı və müavini arasında ziddiyyəti dərinləşdirir. Başçının müavininə qarşı belə mövqe sərgiləməsi digər idarə və təşkilat rəhbərlərini də təzyiq altında saxlanmasını mümkünləşdirir.

Məlumat üçün bildirək ki, Salyanın keçmiş icra başçısı Tahir Kərimovun vəzifəsini itirməsində Etibar Hüseynovun “az əməyi” olmayıb. T.Kərimovun məlum qalmaqallı “kompozisiya” və musiqi aləti zurna ilə ifa etməkdə məsləhəti keçərli olub.
Geri dön