Ana Sayfa > M / Karusel / Gündəm > Elmar Məmmədyarov Türkiyəyə getdi

Elmar Məmmədyarov Türkiyəyə getdi


11-04-2016, 20:02. Yazar: Vusale
Elmar Məmmədyarov Türkiyəyə getdi

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə yola düşüb.

Virtualaz.org XİN-in mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, E.Məmmədyarov 12-13 aprel 2016-cı il tarixində İstanbul şəhərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının İƏT-in “Ədalət və sülh naminə birlik və həmrəylik” mövzusunda 13-cü Zirvə toplantısına hazırlıq iclasında iştirak edəcək.

İclas çərçivəsində E.Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
Geri dön