Ana Sayfa > M / Karusel / Gündəm > Sarkisyan Qarabağda sülhməramlıların yerləşdirilməsini istəyir

Sarkisyan Qarabağda sülhməramlıların yerləşdirilməsini istəyir


8-04-2016, 14:59. Yazar: Xeberaz
Sarkisyan Qarabağda sülhməramlıların yerləşdirilməsini istəyir

Ermənistan prezidenti Serj Sarkisyan Almaniyanın “Deutsche Welle” qəzetinə müsahibəsi zamanı Dağlıq Qarabağ bölgəsinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsinə toxunub.

Modern.az xəbərt verir ki, Ermənistan prezidenti belə qüvvələrə qarşı olmadıqlarını deyib.

“Biz heç zaman sülhməramlı qüvvələrin bölgəyə yerləşdirilməsinə qarşı çıxmamışıq, lakin hesab edirik ki, məsələ birdəfəlik və bütünlüklə həll olunmalıdfır. Əksinə, biz hərtərəfli həll planını, o cümlədən iki ölkə arasında sülhməramlıların yerləşdirliməsini nəzərədə tutan sənədi imzalamağa hazır olsaq da, azərbaycanlılar bunu istəmədilər”.

Sarkisyan Dağlıq Qarabağda başlayan döyüşlərin onun üçün gözlənilməz olmadığını da vurğulayıb.
Geri dön