Ana Sayfa > M / Karusel / Gündəm > PKK faktoru Qarabağ savaşının taleyinə təsir göstərə bilərmi?

PKK faktoru Qarabağ savaşının taleyinə təsir göstərə bilərmi?


8-04-2016, 14:27. Yazar: Xeberaz

Üzeyir Cəfərov: “PKK-nın nəyi var ki, müharibənin gedişinə nə də təsiri olsun?”
PKK-nın 400 nəfərlə Ermənistana dəstək verdiyi ilə bağlı Türkiyə və Azərbaycan mediasında narahatverici informasiya yer alıb. Maraqlıdır, ermənilərə yaxınlığı çoxdan bəlli olan PKK-nın rəsmi İrəvana göstərdiyi və ya göstərəcəyi hərbi yardımlar Qarabağ müharibəsinin gedişində nəyisə dəyişə, müharibənin taleyinə təsir göstərə bilərmi?
Bununla bağlı Moderator.az-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birıliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov PKK faktorunun Qarabağ savaşında heç bir ciddi rol oynamayacağını vurğuladı:
“Son vaxtlar yalnız müharibə meydanında deyil, informasiya məkanında da savaş gedir. Biz baş verən hadisələrin ilk günündən görürük ki, müxtəlif dezinformasiyalar ortaya atılıb. Təəssüflər olsun ki, bu dezinformasiyalar bəzi hallarda özünə yol açır. Ermənistana yardıma gedən 400 PKK-çı ilə bağlı yayılan dezinformasiyanın mahiyyəti əsasən bundan ibarətdir ki, onların yarısı Türkiyədə, yarısı isə Azərbaycanda təxribatlar törədəck. Mən bu cür informasiyalara gülürəm. Azərbaycanın sərhədləri kifayət qədər etibarlı şəkildə qorunur. Türkiyə PKK-ya qarşı kifayət qədər ciddi mübarizə aparır. PKK-çıların Azərbaycana qarşı hansısa addımalr atacağı ölkəmizə psixoloji baxımdan təzyiq göstərməyə hesablanan addımdır. Baxın, 400 PKK-çı bu qədər ordunun, silah-sursatın qarşısında nə edəcək? Ən müasir artilleriya, zenit-raket kompleksləri, “T-90” tankları, döyüş helekopterlərinə qarşı nə edə bilərlər? PKK və ya İŞİD-in nəyi var ki, bunca məsafəni qət edib Qarabağa gəlsinlər və müharibənin taleyində nəyisə dəyişsinlər?
Ermənilər yaşadıqları uğrusuzluqların fonunda muzdluları öz sıralarına cəlb etməyə çalışacaqlar. Bunu istisna etmirəm. Lakin bu, o demək deyil ki, həmin muzdlular Azərbaycan ərazisində hansısa təxribat həyata keçirə biləcək. Biz belə şeylərlə beynimizi yükləməmliyik. Bu, müharibədir və müharibədə hər cür psixoloji təzyiq elementləri olur. PKK ilə bağlı ortaya atılan informasiyalar da bu cür təzyiq vasitələrindən biridir”.
Moderator.az
Geri dön