Ana Sayfa > M / Karusel / Gündəm > Ermənistan atəşkəs elan etdi

Ermənistan atəşkəs elan etdi


5-04-2016, 15:16. Yazar: Vusale
Ermənistan atəşkəs elan etdi

Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan separatçı “Dağlıq Qarabağ rejimi” cəbhədə atəşin dayandırıldığı barədə məlumat yayıb.

Modern.az saytı xəbər verir ki, bu barədə separatçı rejimin mətbuat xidmətinin rəhbəri Senor Asryan məlumat verib.

Bildirilib ki, Ermənistanla Azərbaycan arasında atəşin dayandırılmasına dair ikitərəfli razılaşmanın hazırlanmasına başlanılıb.

Erməni tərəfinin məlumatına görə, bu gün saat 12-dən atəşkəs haqqında razılıq əldə olunub.

Faktla bağlı əlavə məlumat veriləcək.


Geri dön