Ana Sayfa > M / Karusel / Dünya / Xəbəraz TV / Gənclərimiz > Amerikada ordumuza dəstək nümayişi - VİDEO

Amerikada ordumuza dəstək nümayişi - VİDEO


5-04-2016, 11:58. Yazar: Xeberaz
Amerikada ordumuza dəstək nümayişi - VİDEO
Amerika Birləmiş Ştatlarının (ABŞ) Vaşinqton şəhərindəki Ermənistan səfirliyinin qarşısında Azərbaycan ordusuna dəstək aksiyası keçirilir. ANS-in ABŞ bürosunun verdiyi məlumata görə, bu ölkədə yaşayan azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin dinc azərbaycanlıların yaşayış yerlərini atəşə tutmasını pisləyir. Aksiyaya İran azərbaycanlıları və Türkiyə türkləri dəstək verirlər.

Aksiyaçılar, “Azərbaycan biz səninləyik”, “Azərbaycan əsgəri sənin yanındayıq”, “Qarabağ bizimdir, bizim qalacaq” və s. bu kimi şüarlar səsləndirirlər.

Bu cür dinc aksiyalarda polis çağırılması labüd hesab edilməsə də Ermənistan səfirliyinin dəvəti ilə səfirliyin qarşısında bir ABŞ polis keşik çəkir.


Aprelin 2-ə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb. Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub.

Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Geri dön