Ana Sayfa > M / Karusel / Siyasət > Fransa Senatının üzvündən Ermənistana qarşı BƏYANAT
Fransa Senatının üzvündən Ermənistana qarşı BƏYANAT5-04-2016, 11:03. Yazar: Xeberaz |
Fransa Senatının üzvü Jan-Mari Bokel Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən bəyanat yayıb. "Xəbəraz.az "-ın Azərtac-a istinadən məlumatına görə, bəyanatda senator Jan-Mari Bokel çoxlu insan itkisinə, eləcə də bir neçə azərbaycanlı dinc əhalinin ölümü ilə nəticələnən Ermənistanın Azərbaycana qarşı təcavüzünü qəti şəkildə pisləyir. Jan-Mari Bokel Ermənistanın Azərbaycanın torpaqlarını qeyri-qanuni işğalı ilə bağlı təmas xəttində baş vermiş son hadisələrin günahsız qurbanlarına rəhmət diləyir. Fransalı senator Minsk qrupunun həmsədrlərinin münaqişədə diqqətsizliyinə və yalnız faciəli qarşıdurmaya gətirib çıxaran ədalətsiz status-kvonun illərdir saxlanmasına təəssüfləndiyini bildirir. Senator qeyd edir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməli və qoşunlarını Dağlıq Qarabağ da daxil olmaqla işğal etdiyi bütün Azərbaycan torpaqlarından dərhal və qeyri-şərtsiz çıxarmalıdır. Jan-Mari Bokel Azərbaycan dövlətinin cavab tədbirlərini birtərəfli qaydada dayandırmaq qərarını alqışlayır və Ermənistanı da belə qərar qəbul etməyə çağırır. Geri dön |