Ana Sayfa > M / Karusel / Siyasət > Əli Əhmədov: Rusiyada anti-Azərbaycan təbliğatının mənasını anlaya bilmirik

Əli Əhmədov: Rusiyada anti-Azərbaycan təbliğatının mənasını anlaya bilmirik


4-04-2016, 17:00. Yazar: Xeberaz
Əli Əhmədov: Rusiyada anti-Azərbaycan təbliğatının mənasını anlaya bilmirik
“Biz bunun əksini görürük”.

Rusiyada xüsusilə hakimiyyətə yaxın mətbuat orqanlarında təmas xəttində gərginliklə bağlı birtərəfli, anti-Azərbaycan mövqeyinin təbliğ olunmasının yumşaq dildə desək, mənasını anlamırıq.

"Xəbəraz.az " xəbər verir ki, APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan partiyasının sədr müavini-İcra katibi, baş nazirin müavini Əli Əhmədov bildirib.

Ə. Əhmədov qeyd edib ki, Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə, o cümlədən Rusiya ilə münasibətlərin inkişaf etdirilməsində maraqlıdır:

“Digər tərəfdən Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Bu mənada Rusiyada təbliğ olunan anti-Azərbaycan mövqeyini başa düşmək mümkün deyil. Vasitəçi bir qayda olaraq tərəfsiz olmalıdır. Heç olmasa münaqişə tərəflərindən birinə xüsusi münasibət göstərməkdən çəkinməlidir. Amma bəzi hallarda biz bunun əksini görürük”.
Geri dön