Ana Sayfa > M / Karusel / Gündəm > Hücumun qarşısı alınıb

Hücumun qarşısı alınıb


4-04-2016, 15:09. Yazar: Xeberaz
Hücumun qarşısı alınıb

Aprelin 4-də Ermənistanın silahlı bölmələri Xocavənd-Füzuli istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd göstəriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir. Məlumatda hücumun qarşısının alındığı bildirilir.

Nazirlik hərbçilərin cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxladığını, gözlənilən bütün təxribatların qarşısını almağa hazır olduğunu bəyan edir.

Müdafiə Nazirliyi bildirir ki, aprelin 2-də əks hücumlar nəticəsində işğal edilmiş ərazidə Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olan bəzi yüksəkliklər azad edilib. Ermənistan Silahlı Qüvvələri həmin yüksəklikləri geri almaq istəyir.
Azadlıq.org
Geri dön