Ana Sayfa > M / Karusel / Gündəm / Araşdırma > Həqiqətləri dünyaya çatdırmaq üçün ÇAĞIRIŞ

Həqiqətləri dünyaya çatdırmaq üçün ÇAĞIRIŞ


4-04-2016, 14:17. Yazar: Xeberaz
Həqiqətləri dünyaya çatdırmaq üçün ÇAĞIRIŞ

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası vətəndaşlarımızı düşmən tərəfindən aparılan informasiya müharibəsinə şiddətli cavab verməyə çağırıb.
Gənclər və İdman Nazirliyindən Lent.az-a verilən məlumata görə, təşkilat həqiqətləri dünyaya çatdırmaq üçün vətəndaşlara müraciət edib:
“Ermənilər tərəfindən #Karabakh, #KarabakhNow, #NKpeace teqləri altında facebook və twitter sosial şəbəkələrində aparılan qaralama kampaniyasını dayandıraq! Mən nə edə bilərəm deyirsinizsə:
Bildiyiniz bütün xarici dillərdə mətnlər hazırlayın, rəsmi mənbələrdən şəkillər, videoları əlavə edin;
Dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə #Karabakh, #KarabakhNow, #Nkpeace, #Nayora teqlərini mətnə əlavə edin;
Facebook və Twitter sosial şəbəkələrində paylaşın;
Azərbaycanlılar və Azərbaycanın dostları tərəfindən sosial şəbəkələrdə yerləşdirilən məlumatları bəyənin, paylaşın, retvit edin”.
Təşkilat eləcə də, sosial şəbəkələrdə paylaşımlar edərkən doğru xəbərlərin paylaşmağı tövsiyyə edib: “Etibar olunan mənbələrdən istifadə edin. Azərbaycan Ordusunun dislokassiyası, rəsmi olaraq Müdafiə Nazirliyi tərəfindən açıqlanmayan hərbi məlumatları paylaşmayın”.
Geri dön