Ana Sayfa > M / Karusel / Gündəm / Reportaj > Ermənilərin polkovniki və generalı məhv edildi – RƏSMİ (SON DƏQİQƏ)

Ermənilərin polkovniki və generalı məhv edildi – RƏSMİ (SON DƏQİQƏ)


4-04-2016, 12:46. Yazar: Xeberaz
Ermənilərin polkovniki və generalı məhv edildi – RƏSMİ (SON DƏQİQƏ)

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatında bildirilir ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın vurduğu dəqiq cavab atəşi ilə darmadağın edilib. Düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.

Müdafiə Nazirliyi bildirib ki, yaxın müddətdə həyata keçirilən əməliyyatla bağlı video görüntülər ictimaiyyətə təqdim olunacaq.
Geri dön