Ana Sayfa > M / Karusel / Siyasət > Azərbaycanın və Gürcüstanın Müdafiə nazirləri telefonla danışdı - RƏSMİ

Azərbaycanın və Gürcüstanın Müdafiə nazirləri telefonla danışdı - RƏSMİ


4-04-2016, 12:38. Yazar: Xeberaz
Azərbaycanın və Gürcüstanın Müdafiə nazirləri telefonla danışdı - RƏSMİ
Aprelin 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli ilə qoşunların təmas xəttində yaranmış vəziyyəti telefon vasitəsilə müzakirə ediblər.

Danışıqlar zamanı xanım T.Xidaşeli Gürcüstanın daim Azərbaycanın ərazi bütövlüyünü təmin olunmasını dəstəklədiyini qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüququn normaları əsasında həll olunacağına ümid etdiyini bildirib.

General-polkovnik Zakir Həsənov dəstəyə görə Gürcüstan tərəfinə minnətdarlığını ifadə edib.
Geri dön