Ana Sayfa > M / Karusel / Təhsil > Təhsil naziri ermənilərin yaraladığı şagirdə baş çəkdi

Təhsil naziri ermənilərin yaraladığı şagirdə baş çəkdi


4-04-2016, 12:25. Yazar: Xeberaz
Təhsil naziri ermənilərin yaraladığı şagirdə baş çəkdi

Aprelin 4-də təhsil naziri Mikayıl Cabbarov Bərdə şəhərində vətəndaşları qəbul edib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbuldan öncə nazir Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttində yerləşən Seydimli kəndini artilleriya atəşinə tutması nəticəsində yaralanaraq, Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alan Seydimli kənd tam orta məktəbinin VIIa sinif şagirdi Sənan Vəlizadəyə baş çəkib, onun vəziyyəti və müalicəsinin gedişi ilə maraqlanıb.
Geri dön