Ana Sayfa > M / Karusel / Hadisə > Ermənilər Tərtərdə 31 mülki evi dağıtdı

Ermənilər Tərtərdə 31 mülki evi dağıtdı


3-04-2016, 22:35. Yazar: Xeberaz
Ermənilər Tərtərdə 31 mülki evi dağıtdı
Ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində mülki vətəndaşlara məxsus 31 fərdi yaşayış evi dağıdılıb.

Bunu Report-a açıqlamasında Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

O bildirib ki, ziyan dəyən 15 yaşayış evi rayonun Qaradağlı kəndində, 2 yaşayış evi şəhərin mərkəzində, digər yaşayış evləri isə Seyidimli və Şirxah kəndlərindədir:

"Hazırda dəymiş ziyanın miqdarı dəqiqləşdirilir".
Geri dön