Ana Sayfa > M / Karusel / Hadisə / Reportaj > Cəbrayıllı şəhid əsgərimiz dəfn olundu

Cəbrayıllı şəhid əsgərimiz dəfn olundu


3-04-2016, 22:24. Yazar: Xeberaz
Cəbrayıllı şəhid əsgərimiz dəfn olundu
Aprelin 2-nə keçən gecə cəbhənin Fizuli istiqamətində erməni hücumunun qarşısını alarkən şəhid olan 22 yaşlı Ruhin Qəhrəmanov bu gün Biləsuvar rayonu ərazisində cəbrayıllı məcburi köçkünlər üçün salınmış 3 nömrəli qəsəbə qəbiristanlığında dəfn olunub.

AzərTac xəbər verir ki, dəfn mərasimində Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Arif Fərzəliyev, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinin rəisi Anar Rəhimov, şəhidin xidmət etdiyi hərbi hissənin komandirləri və əsgər yoldaşları, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cəbrayıl rayonunun Xudaverdilər kəndindən məcburi köçkün olan Ruhin Qəhrəmanov ailənin 5 övladından ikincisi olub. Bir ildən çox idi ki, müddətdən artıq hərbi xidmət edirdi.
Geri dön